No Image
No Image

Vəzifəli şəxslərə cinayət işi açıldı - 330 minlik mənimsəmə..

Vəzifəli şəxslərə cinayət işi açıldı - 330 minlik mənimsəmə..
23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Zinyət İsmayılovanın 13.04.2021-ci il tarixdən hazırki dövrədək həmin müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayətkar üsul ilə həmin işçilərə məxsus cəmi 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdırararaq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda cinayətlərin törədilməsində hər-hansı formada iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulan maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Polis bir neçə şəhər və rayonda “patı” əməliyyatı keçirdi - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, ...

"Patı-şüşə" qurbanı: damarlarım partlayır, yaram sağalmır, qurd basıb... - VİDEO

Son günlər ölkəmizdə "patı", şüşə kimi adlanan psixotrop maddə metamfetamin vasitələrdən istifadənin geniş yayılması müzakirə mövzusudur. Demək olar ki, h...

Məhkəmə reket bloqerlə bağlı QƏRAR VERDİ

Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Sfera.az APA-ya...

Vəzifəli şəxslərə cinayət işi açıldı - 330 minlik mənimsəmə..

23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-ax...

Tanınmış rejissor valideynləri tərəfindən qətlə yetirildi - Bədənini parçalayıb zibilliyə atıblar

İranlı rejissor Babək Horramdin valideynləri tərəfindən qətlə yetirilib. Sfera.az bildirir ki, hadisə bu gün Tehranda baş verib. Belə ki, 47 yaşlı rejisso...

Tibb işçisinin təcavüz etdiyi koronavirus xəstəsi vəfat etdi

Hindistanda tibb işçisi COVİD-19-a yoluxan qadına təcavüz edib.   Sfera.az bildirir ki, hadisə Madya Pradeş əyalətində baş verib. Belə ki, 40 yaşlı Santo...