No Image
No Image

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə DAYANDIRILDI

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə DAYANDIRILDI
Futbol üzrə Avropa çempionatının Damimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılıb.

Sfera.az-ın məlumatına görə, bu addım yerli komandanın və İtaliya "İnter"inin yarımmüdafiəçisi Kristian Eriksenə dəstək məqsədilə atılıb. Eriksen ilk turun Finlandiyaya 0:1 hesabı ilə uduzduqları oyun zamanı ürəktutması keçirib.

Fasilə zamanı azarkeşlər və oyun iştirakçıları 29 yaşlı futbolçunu alqışlamaq imkanı əldə ediblər. 10 nömrəli forma ilə çıxış edən Eriksenin şərəfinə tezliklə sağalmasını diləyən bannerlər nümayiş etdirilib.

Danimarka - Belçika oyununda ilk yarı meydan sahiblərinin xeyrinə başa çatıb - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yussuf Poulsen vurub.

Qeyd edək ki, iyunun 12-də Finlandiya ilə görüşdə Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Xəstəxanada qalacaq futbolçu üzərində bütün lazımi müayinələr aparılır. İndi həkimlər oyunçuya implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq niyyətindədirlər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Samir Abasov: "Cavab matçında hər şeyə sıfırdan başlayacağıq"

"Maraqlı oyun alındı. Hesaba baxmayaraq, mərhələ iki matçdan ibarətdir. Səfər qolu ləğv olunduqdan sonra bu, bizə üstünlük verə bilər. Səfər matçında hər şeyə s...

Namik Ələskərov üçün xüsusi maska hazırlanacaq

Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov Türkiyəyə gedib. ...

“Neftçi” Avropa Liqasına heç-heçə ilə başladı

"Neftçi” bu gün Avropa Liqasında mübarizəyə start verib. Sfera.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HİK...

Çempionlar Turu: Məmmədyarov Aronyana uduzdu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start verili...

Rafiq Hüseynov Olimpiya kəndində alqışlarla qarşılanıb – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb. Sfera.az xəbər verir ki, o yarışdan sonra, Olimpiya kəndinə qayıda...

"Neftçi" və HİK komandalarının start heyətləri açıqlandı

UEFA Avropa Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" və Finlandiyanın HİK (Helsinki) klublarının start heyətləri açıqlanıb. Sfera.az-ın...