No Image
No Image

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 9-10 iyun 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən Sfera.az-a bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.


Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 43638 nəfərdən 762 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 17 iyun tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14-16 iyun tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur.

Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Emin Əmrullayev əmr imzaladı: Bu agentliyə yeni direktor təyin edildi

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, əmrə əsasə...

İbtidai sinif müəllimi olmaq istəyənlərin nəzərinə

Avqustun 4-də 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif fənni üzrə təkrar test imtahanı təşkil olunacaq.   Bu barə...

Bakıda 8 yeni məktəb inşa olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. İdarədən Sfera.az-a verilən ...

“Ucuz tələbə yataqxanaları tikilsin” – Təhsil nazirinə müraciət olundu

"Bölgələrdən paytaxta təhsil almaq üçün gələn tələbələrin üzləşdiyi ən böyük problem evsizlikdir”. Bunu Sfera.az-a açıqlamasında əmlak eksperti Elnur F...

Müəllim olmaq istəyənlərin təkrar imtahanıdır

Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir. Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olu...

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin keçiriləcəyi tarix açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi v...